GTA V Video Oyunu 3 Gündə 1 Milyard Dollar Gəlirlə Tarixə Ən Sürətlə Satılan Oyun Kimi Düşə Bilər

  GTA V Video Oyunu

Grand Theft Auto V 2013-cü ilin ən çox arzuolunan video oyunudur desək, yanılmarıq. Bunu oyunun satışa buraxıldığı ilk günlərdə əldə etdiyi rekord da sübut edir.

Sentyabrın 20-də dərc olunan press relizə istinadən, GTA V oyunu ilk 3 gün ərzində 1 milyard dollardan artıq satış gəliri əldə etmişdir. Başqa sözlə, oyundan 16,5 milyon nüsxə satılmışdır.

Take-Two Interactive inanır ki, bu rekord yeni video oyunu əyləncə tarixində ən sürətlə və çox satılan məhsul adlandırmağa imkan verəcək. Müqayisə üçün qeyd edək ki, məhşur Call of Duty: Black Ops 2 oyunu bu satış səviyyəsinə 15 gün ərzində gəlib çatmışdı.

Grand Theft Auto V Video Oyunu

Grand Theft Auto V Video Oyunu Rekord Vuracaq?

Şübhəsiz, qısa zamanda 1 milyard dollar satış gəliri əldə etmək çox uğurlu göstəricidir. İndi təsəvvür edin, bu oyun tezliklə şəxsi kompüter və yeni nəsil konsollarında buraxılarsa, hansı gəlirləri gətirə bilər..?!

Kim bilir, bəlkə də tezliklə Grand Theft Auto V oyun tarixində bütün satış rekordlarını qırmış olacaq.

Grand Theft Auto V oyun

Oxşar Xəbərlər:

Share
Müəllif on Sen 23 2013. Kateqoriya OYUN. Bu yazıya verilmiş şərhləri izləyə bilərsiniz RSS 2.0. Bu yazıya şərh verə və onu geriyə izləyə bilərsiniz

Şərh Yazın

Şəkil Qalereyası

Copyright © 2010. TexnoMedia.com
Bütün hüquqlar qorunur. Saytın materiallarından tam və ya qismən istifadə edərkən TexnoMedia.com saytına müvafiq aktiv keçidin qoyulması mütləqdir.
TexnoMedia.com saytı reklam materialları, bannerlər və şərhlərin məzmununa görə heç bir məsuliyyət daşımır.

Kataloq